0
Thursday 23 September 2010 - 21:49

DİNDARLARIN APPELYASİYA MƏHKƏMƏSİ KEÇİRİLƏCƏK

Story Code : 38044
DİNDARLARIN APPELYASİYA MƏHKƏMƏSİ KEÇİRİLƏCƏK
DİNDARLARIN APPELYASİYA MƏHKƏMƏSİ KEÇİRİLƏCƏK
fevralın 13-də Həzrət Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindar - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun növbəti məhkəməsi keçiriləcək.

Sentyabr ayının 30-u Azərbaycan Respublikasının cinayət məcəlləsinin 315.2 və 221.3 maddələri ilə həbs cəzasına məhkum olunan Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Seynur Hüseynov və Ağaəli Yəhyayevin iş üzrə Appelyasiya məhkəməsi öz işinə başlayacaq. Bakı şəhər Appelyasiya məhkəməsində proses, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, həbsdə olan Elmar Səmədov, Ağaəli Yəhyayev və Bilal Əhmədov müdafiəsi ilə vəkil Məzahir Şahmarov, Elçin Abbasovun müdafiəsi ilə Fəxrəddin Mehdiyev, Seynur Hüseynovun müdafiəsiylə isə Ülvi İsmayılov məşğul olacaq.

Məlumat üçün bildirək ki, bu il avqust ayının 3-də Yasamal Rayon Məhkəməsində Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə, Elçin Abbasov və Seynur Hüseynov 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədov 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Samir Əliyev
Source : Faktxeber
Comment