0
Saturday 25 September 2010 - 22:35

Suriyanın kömək Gəmisi Qəzzədə!

Story Code : 38225
Suriyanın kömək Gəmisi Qəzzədə!
Suriyanın kömək Gəmisi Qəzzədə!
İslamtimes - Keçdiyimiz günlərdə Suriyanın gəmiylə göndərdiyi insani köməklərin bir qisiminin Qəzzəyə çatdığı bildirilir. İki gün əvvəl Misirin əl Ariş Limanına dəmir atan Suriya kömək gəmisində olan 650 tonluq köməklərin 45 tonluq qisiminin Qəzzəyə çatdığı bildirilərkən, Qəzzəyə çatdırılan 45 tonluq insani köməklərin tibbi vəsait və uşaq südü və mamasından meydana gəldiyi açıqlandı.

Suriya rəsmi xəbər agentliyi Sana, Suriyanın insani kömək məqsədiylə göndərdiyi köməklərin bir qisiminin Qəzzəyə çatdığını elan edərək. Qəzzəyə çatdırılan 45 tonluq insani köməklərin
Fələstin Qızıl aypara təşkilatına təslim edildikdən sonra, Suriya Qızıl ayparasının söz mövzusu kömək maddələrini Fələstin Sağlamlıq Nazirliyinə təslim etməsində də hazır olduğu ifadə edildi.

Geri qalan təxminən 605 tonluq qida və digər kömək maddələrinin isə ,Suriyayla Misir Qızıl aypara təşkilatlarının koordinasiyasıyla yaxında Qəzzəyə çatacağı eşitdirildi.
Translator :
Comment