0
Sunday 26 September 2010 - 08:05

“İrana sankiya tətbiq edənlər özlərini biabır edirlər”

Story Code : 38238
“İrana sankiya tətbiq edənlər özlərini biabır edirlər”
“İrana sankiya tətbiq edənlər özlərini biabır edirlər”
İran prezidenti Mahmud Əhmədinejat "TRT Xəbər" kanalına müsahibə verib.
Kanal koordinatoru Əhməd Bökənin suallarını cavablandıran Əhmədinejat nüvə proqramının həlli ilə bağlı diplomatiya və müharibədən başqa üçüncü, daha yaxşı yolun olduğunu deyib: "ABŞ və onun əlaltıları ədalətli olar, ölkələrin daxili işlərinə qarışmazlarsa, təzyiq etməzlərsə, problemlər həll olunar".
Türkiyə və Braziliyanın vasitəçilik səyləri haqda danışan Əhmədinejat bunu iki ölkəyə güvənmələri ilə izah edib: "Türkiyə bizim qardaşımızdır. Əlaqələrəimiz daha da inkişar edir. Əlbəttə, iki qardaş ölkə bir-birini dəstəkləməlidir. Prezident Gülə bu mövqeyinə görə təşəkkür edirəm".
İranla Türkiyə arasında enerji sahəsində də əməkdaşlıq olduğunu xatırladan prezident yeni təbii qaz xəttinin tikilməkdə olduğunu bildirib.
Əhmədinejat gələcəkdə qazın qiymətinin ucuzlaşıb-ucuzlaşmayacağı haqda sualın cavabında da "Biz iki qardaş ölkəyik, nəticədə anlaşarıq" deyib.
Əhmədinejat bəzi dövlətlərin və media orqanlarının İranın nüvə proqramları ilə bağlı fikir bildirdiklərini, ancaq onların xalqlarının təmsilçiləri olmadığını söyləyib: "Zehinlərini təmizləmələrini gözləyirik. Müstəmləkəçilik dönəmindən hələ qurtula bilməyiblər".
Əhmədinejat sanksiyaların İrana təsir etmədiyini deyib: "Bir çox dostumuz var. öz mənbələrimiz var. Sanksiya tətbiq edənlər özlərini biabır edirlər. Biz bir Allahdan qorxuruq. Başqa çəkinəcək bir şeyimiz yoxdur".
Comment