0
Tuesday 13 May 2014 - 17:50

İslam Rəhbəri: Təkfirçi qruplar bütün müsəlmanlar üçün təhlükədir

Story Code : 382470
İslam Rəhbəri: Təkfirçi qruplar bütün müsəlmanlar üçün təhlükədir
İslam Rəhbəri: Təkfirçi qruplar bütün müsəlmanlar üçün təhlükədir
Ayətullah Xamenei bazar ertəsi günü Tehranda səfərdə olan Pakistanın baş naziri Navaz Şərif ilə görüşü zamanı deyib: “Əgər təkfirçi qrupların qarşısı alınmasa onlar müsəlman dünyasına daha çox zərər və zərbə yetirəcəklər.”

İslam Rəhbəri həmçinin qeyd edərək bildirib ki, bəzi məxsusi ölkələr qəsdən İran-Pakistan sərhəddində təhlükə yaratmaq üçün cəhdlər edirlər.

Ayətullah Xamenei deyib: “Sərhəd zonasında təhlükə yaratmaq da daxil olmaqla müxtəlif metodlardan istifadə edərək İran və Pakistanın iki dost və səmimi xalqı arasında ayrılıq yaratmaq üçün xüsusi əllər iş başındadır, ancaq iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan böyük fürsət gərək hədər getməyə.”

İslam Rəhbəri ABŞ-ın da İran və Pakistan arasında mövcud olan əlaqələri pozmaqda xüsusi maraqlarının olduğu demiş və bildirmişdir ki, bu əlaqələrin pozulması həmçinin bir sıra digər dövlətlərin maraqlarındadır.

Ayətullah Xamenei daha sonra İran və Pakistan xalqı arasında mövcud olan mədəni və dini kök birliklərinə toxunmuş və ikitərəfli iqtisadi əməkdaşlıq sahəsində geriliyin olmasında təəssüf keçirdiyini bildirmişdir.

İslam Rəhbəri Tehran və İslamabadın bundan sonra ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyinə ümid etdiyini bildirib.

Pakistan baş naziri isə öz növbəsində iki ölkə sərhəddində baş verən təhlükəyə təəssüfləndiyi bildirmiş və demişdir ki, Pakistan hökuməti bu cür hadisələrin arxasında duranlar ilə mübarizə aparmaq üçün heç bir fürsəti əldən verməyəcək və bu sahədə İranın məsələ ilə bağlı yardımını qəbul edəcək.

Şərif həmçinin iki ölkə arasında mövcud olan ticarət əlaqələrinin daha da genişlənməsi üçün əlindən gələcəyi hər bir şeyi etməyi söz verib.
Source : İslamtimes
Comment