0
Sunday 26 September 2010 - 14:03

İsrail Qəzzəyə hücuma hazırlaşır

Story Code : 38283
İsrail Qəzzəyə hücuma hazırlaşır
İsrail Qəzzəyə hücuma hazırlaşır
Əl-Mənar saytının verdiyi xəbərə istinadən, İzzəddin Qəsam batalyonunun komandiri Əbu Übeydə deyib: “Qəzza əleyhinə qarşı istənilən təcavüz və ya savaş fələstinli mübarizlərin müqaviməti qarşısında məğlub olacaq”.
“İsrailin Qəzzəyə hücumuyla bağlı hədələr psixoloji savaş xarakterlidir. Amma bu bizi qorxuda bilməz. Fələstin müqaviməti istənilən təcavüzə qarşı vuruşacaq”, - deyə Əbu Übeydə bildirib.
Qəssam batalyonunun komandiri həmçinin, qeyd edibdir ki, əldə olan məlumatlara əsasən İsrail Qəzzə zolağına genişmiqyaslı və ya kiçikmiqyaslı hücuma hazırlaşır və bunu vaxtaşrı gündəmə gətirir. Hərbi manevrlər, Qəzzəylə sərhəd bölgələrdə xeyli sayda hərbirçilərin yerləşdirilməsi İsrailin döyüşə hazırlaşdığını göstərir. /HaqqYolu/
Comment