0
Sunday 18 May 2014 - 23:39

İranın MAQATE ilə növbəti ekspert danışıqları çərşənbə axşamı keçiriləcək

Story Code : 383876
İranın MAQATE ilə növbəti ekspert danışıqları çərşənbə axşamı keçiriləcək
Trend İSNA agentliyinə istinadən bu barədə İranın atom enerjisi üzrə Təşkilatın (İAET) nümayəndəsi Behruz Kamalvandi bazar günü bildirib.
Onun sözlərinə görə, MAQATE-nin nümayəndə heyətinə təşkilatın baş direktorunun müavini Tero Varyoranta rəhbərlik edəcək.
"Ekspert danışıqları bir gün davam edəcək, bu müddət ərzində biz İran MAQATE ilə əməkdaşlığın genişləndirilməsi üzrə görülmüş tədbirləri yekunlaşdıracayıq", - Kamalvandi deyib.
2013-cü ilin noyabrında Cenevrədə İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ABŞ və Aİ-nin İrana qarşı sanksiyaların qismən dayandırılması barədə razılaşma əldə olunub.
Bu razılaşma 2014-cu il yanvarın 20-də qüvvəyə minib və altı ay fəaliyyət göstərir.
Related Stories
Comment