0
Friday 23 May 2014 - 14:29

İran, Rusiya və Çin ittifaqı ABŞ-ın ən çox qorxduğu məsələdir

Story Code : 385444
İran, Rusiya və Çin ittifaqı ABŞ-ın ən çox qorxduğu məsələdir
Press TV-yə müsahibə verən iranlı akademik deyib ki, İran, Çin və Rusiya arasında təhlükəsizlik ittifaqının yaranma ehtimalı ABŞ-a çox qorxulu bir narahatlıq verib.

Tehran Universitetinin professoru Fuad İzədi bu açıqlamanı Çin prezidenti Si Cinpin İran və Rusiyanın iştirakı ilə təhlükəsizlik əməkdaşlığı naminə yeni Asiya təşkilatının yaradılması haqqında təklif irəli sürdükdən sonra etdi.

O deyib: “Mən fikirləşirəm ki, Çin, İran və Rusiya ittifaqı ABŞ üçün ən qorxulu bir şeydir.”
İzədi həmçinin qeyd edərək bildirib ki, İran, Rusiya və Çin arasında mövcud olan halhazırkı əlaqələr bu üç müttəfiqə imkan verir ki, digər Asiya ölkələri ilə ittifaq yaradaraq öz milli maraqlarını ABŞ və bir sıra Avropa ölkələrinin müdaxiləsindən qorusunlar.

O deyib ki, ABŞ prezidenti Barak Obama ABŞ hegamoniyasının sonunun gəldiyini dərk etdiyindən Asiyaya tərəf meyl edir.

İzədi deyib: “Mən fikirləşirəm ki, amerikalıların Asiyaya mesaj verərək bildirmək istəyirlər ki, onlar artıq Asiyanın güc və beynəlxalq təsir dairəsi qazandığını dərk edirlər.”

İranlı akademik əlavə edərək deyib ki, heç bir amerikalı rəsmi Rusiya və Çin arasında imzalanan 400 milyard dollarlıq qaz sazişindən sevinməyəcək.

“Biz maliyyə razılaşmasının mühüm rol oynadığı bir vəziyyətdə yaşayırıq, ancaq ABŞ dollarının istifadəsindən imtina etmək mən fikirləşirəm ki, beynəlxalq ticarət köçürmələrində dollardan qurtulmaq üçün başlıcı addımdır və bu ABŞ kifayət qədər böyük zərbə vura bilər.”

Çərşənbə axşamı günü Çinin Şanxay şəhərində təşkil edilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində çıxış edən Çin prezidenti deyib: “Biz öz təhlükəsizlik əməkdaşlığımızı yeniləməliyik və yeni regional təhlükəsizlik əməkdaşlığı yaratmalıyıq.”
Source : Islamtimes
Comment