0
Monday 26 May 2014 - 12:24

Misirdə seçki məntəqəsi partladılıb

Story Code : 386341
Misirdə seçki məntəqəsi partladılıb
Əl-Aləmin xəbərinə görə, səsvermə zamanı seçki məntəqələrindən birində əldəqayırma bomba ilə partlayış törədilib. Hadisə Əl-Məhəlla Əl- Kubra şəhərindəki seçki məntəqələrinin birində baş verib.
Partlayışın məsuliyyətini üzərinə götürən olmayıb. Nəticədə ölən və yaralananlar barəsində hələ ki, hər hansı məlumat verilmir.
Qeyd edək ki, bu gündən Misirdə hərbi çevriliş həyata keçirən Əl-Sisi iqtidarının səyilə prezident seçkiləri keçirilir. Sisinin özünün də prezidentliyə namizəd olduğu seçki 2 gün davam edəcək. /Deyerler/
Comment