0
Wednesday 28 May 2014 - 21:14

Misirdə prezident seçkilərinin vaxtı bir gün daha uzadıldı

Story Code : 387118
Misirdə prezident seçkilərinin vaxtı bir gün daha uzadıldı
ANS PRESS-in məlumatına görə, Misirdə prezident seçkilərinin vaxtının bir gün daha uzadılmasına səbəb, seçkilərin ilk günündə seçici fəallığının gözləniləndən daha aşağı olması olub. Lakin istənilən halda seçkilərin nəticələri süpriz olmayacaq.
Belə ki, ölkənin sabiq ordu generalı hərbi çevrilişin əsas siması Əbdəl Fəttah əl-Sissinin seçkilərdə qalib gələcəyi gözlənilir. Onun tərəfdarları əl-Sissinin ölkədə sosial-siyasi müvazinəti doğru tənzimləyəcəyinə inanır.
Onun əsas rəqibi Həmdin Sabahinin isə rəy sorğusuna əsasən, 15 faizdən artıq səs toplamayacağı proqnozlaşdırılır.
Seçkilərə qarşı çıxan müsəlman qardaşlığı partiyası nəticələri boykot edəcəklərini bildiriblər. Terrorçu təşkilat kimi fəaliyyəti qadağan olunan qrupun indiyə qədər 1400-dən çox tərəfdarı öldürülüb. Zorakılıqlarla əlaqədar iyun ayından indiyə kimi 16 min nəfər saxlanılıb.
Comment