0
Thursday 29 May 2014 - 11:35

Kerri ilə Lavrov arasında telefon danışığı baş tutub

Story Code : 387383
Kerri ilə Lavrov arasında telefon danışığı baş tutub
APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı tərəflər Ukraynada keçirilən prezident seçkilərini, habelə Suriyanın kimyəvi silahının məhv edilməsini müzakirə ediblər.
S.Lavrov Ukrayna hökumətinin ölkənin cənub-şərq vilayətlərində hərbi əməliyyatının dayandırılmasının və ümummilli dialoqun tezliklə başlanılmasının vacibliyini vurğulayıb.
S.Lavrovla C.Kerri sıx təmasları davam etdirmək qərarına gəliblər.
Comment