0
Saturday 31 May 2014 - 10:46

Ərdoğan Putinlə razılığa gəldi

Story Code : 387951
Ərdoğan Putinlə razılığa gəldi
Axar.az xəbər verir ki, telefon danışığında Yaxın Şərqdə baş verən hadisələrin əsas müzakirə mövzusu olduğu barədə Kremldən məlumat verilib. Telefon danışığında Ərdoğan Əl-Qaidə ilə əlaqəli radikal qruplara dəstəyin yolverilməz olduğunu bildirib. Suriyada müharibənin yalnız siyasi yolla həll olun biləcəyini qeyd edən Ərdoğan Putini bu istiqamətdə səyləri artırmağa çağırıb.
İki lider arasında davam edən danışıqda Ukrayna böhranı və Krım tatarlarının taleyi barədə də fikir mübadiləsi aparılıb. Ərdoğan Krım tatarlarının vəziyyətinin yaxşılaşdırılması, onların təhlükəsizliyinin təmin olunmasının vacib olduğunu bildirib. Tərəflər bu mövzuda razılığa gəlib.
Comment