0
Sunday 1 June 2014 - 18:06

ABŞ-dan Çinə etiraz

Story Code : 388271
ABŞ-dan Çinə etiraz
ANS PRESS-in məlumatına görə, ölkənin müdafiə naziri Çak Heygel İndoneziyada keçirilən beynəlxalq təhlükəsizlik konfransına qatılıb.
 
Konfransda çıxışı zamanı Heygel qeyd edib ki, rəsmi Pekinin cənub dənizindəki fəaliyyəti regionda gərginliyin artmasına səbəb olur. Onun sözlərinə görə, Çin regionda stabilliyi pozmağa davam edərsə, Amerika hökuməti bu barədə ənənəvi tədbirlər görəcək.
 
Məsələ ilə əlaqədar Heygel ilə çinli rəsmilər arasında görüşlər olub. General-leytenant Vanq Quanjonq Heygelin regiondakı vəziyyətlə bağlı əsassız fikirlər səsləndirdiyini bildirib.
 
Çinin cənub dənizində Vyetnam ilə mübahisəli sularda neftçıxarma qurğuları yerləşdirmək cəhdi tərəflər arasında qarşıdurmalara səbəb olub. Çin hərbi dəniz qüvvələrinə məxsus gəmilər bir neçə dəfə hökumətin fəaliyyətinə mane olmağa çalışan Vyetnam gəmilərinə hücum edib.
 
Sözügedən sular üzərində Vyetnam ilə yanaşı, Filippin, Bruney, Malayziya və Tayvan da iddialıdır.
 
Yaponiyanın baş naziri Sindzo Abe regionda təhlükəsizliyi təmin etmək məqsədilə tədbirlər görəcəyini və cənub-şərqi Asiya ölkələrinə dəstək olacağını açıqlayıb. Nazirin bu çıxışı Vyetnam tərəfindən alqışlarla qarşılanıb.
 
Sindzo Abe Çinin Yaponiyaya qarşı yaratdığı təhlükəni isə "mif" adlandırıb.
Comment