0
Saturday 2 October 2010 - 07:39

Pakistanda 27 NATO tankerine od vuruldu

Story Code : 38927
Pakistanda 27 NATO tankerine od vuruldu
Pakistanda 27 NATO tankerine od vuruldu
Pakistanda Əfqanıstana yanacaq daşıyan 27 NATO tankeri yandırılıb.
Hadisə Sindh əyalətində baş verib.
Pakistan polisi naməlum şəxslərin yanacaqdoldurma stansiyasında gözləyən tankerlərə atəş açdığını, ətrafdakı insanların qaçmasından sonra da stansiyaya enərək tankerləri yandırdığını açıqlayıb.
Hücumda ölən və ya yaralanan olmayıb. Ancaq yanan tankerləri uzun müddət söndürmək mümkün olmayıb.
Qeyd edək ki, son günlərdə NATO ilə Pakistan arasında gərginlik yaşanır. Bunun səbəbi Əfqanıstanla Pakistan sərhədində əməliyyat keçirən NATO əsgərlərinin 3 Pakistan hərbçisini öldürməsidir. Pakistan hökuməti buna etiraz əlaməti olaraq NATO tankerlərinin Əfqanıstan sərhədindəki Hayber əşirət bölgəsindən keçidini dayandırıb.
Xatırladaq ki, Əfqanıstandakı NATO və ABŞ əsgərlərinə göndərilən ləvazimatların yarısı Əfqanıstan üzərindən keçir.
Comment