0
Friday 6 June 2014 - 09:20

Putin və Kemeron əl sıxmadan görüşüblər

Story Code : 389530
Putin və Kemeron əl sıxmadan görüşüblər
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, görüş əl sıxmadan baş tutub.
Məlumata görə, Putin və Kemeron Rarisin “Şarl de Qol” aeroportunda, ali qonaqlar üçün nəzərdə tutulmuş VİP zalda baş tutub.  Bu onların arasında Ukraynada böhran başlayandan ilk görüşdür. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşdən sonra qeyd edib ki, tərəflər iki ölkə arasında münasibətlərin bərpası məsələsini müzakirə ediblər.  
Qeyd edək ki,  “Böyük yeddilik” ölkələrinin liderləri ötən gün Brüsseldə keçirilmiş sammitdə Rusiyaya qarşı ümumi mövqeni razılaşdırıblar. Bu mövqeyə əsasən, Rusiya ilə münasibətlərin normallaşdırılması üçün, Moskva Pyotr Poşenkonu Ukraynanın seçilmiş prezidenti kimi tanımalıdır və separatçılara dəstək verməməlidir. Əks təqdirdə G 7 liderləri Rusiyaya qarşı  sanksiyaları sərtləşdirmək niyyətində olduqlarını təsdiq ediblər.
Comment