0
Friday 13 June 2014 - 16:29

Avropa ilə Rusiya arasında qarşılıq ittihamlar səngimir

Story Code : 391744
Avropa ilə Rusiya arasında qarşılıq ittihamlar səngimir
Ukraynanın şərqində yaşanan gərgin vəziyyətlə əlaqədar Avropa ilə Rusiya arasında qarşılıq ittihamlar səngimək bilmir. Ötən gün Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozu növbəti dəfə Rusiyanı zorakılıqları təhrik etməməyə çağırıb. Gürcüstanda səfərdə olan Avropa rəsmi qeyd edib ki, Rusiya Ukraynaya müdaxilə etmək üçün şərqi Ukraynadakı yerli rəhbərliyin səlahiyyətindən sui-istifadə etməməlidir.
 
"Cənab Poroşenko ölkənin şərqində davam edən silahlı qarşıdurmalarla əlaqədar mənə dərin narahatlığını bildirib. Eyni zamanda, Rusiya tanklarının Ukrayna sərhədlərini pozması müşahidə olunub. Rusiya bu kimi hərbi əməliyyatlardan çəkinməlidir".
 
Ötən gün ATƏT-in müşahidəçi qrupu Rusiyanın Rostov şəhərində olub.
 
Bir qədər əvvəl ölkənin xarici işlər naziri Sergey Lavrov ATƏT rəsmilərini köçkün düşərgəsi ilə maraqlanmağa dəvət etmişdi.
 
Məlumata görə, Ukraynada davam edən daxili qarşıdurmalardan qaçaraq Rostova sığınan 30 mindən çox insan var.
 
Dmitriadovka köçkün düşərgəsində olan ATƏT rəsmiləri buradakı insanların vəziyyəti ilə maraqlanıblar. Daha sonra keçirilən iclasda ukraynalı köçkünlər zorakılıqlardan şikayət ediblər.
 
Məlumata görə, Rusiya hökuməti Ukraynada münaqişələrə son qoymaq məqsədilə ATƏT-in təklif etdiyi 'yol xəritəsi'nin icra olunmasını təkid edib.
 
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində humanitar dəhlizin yaradılmasına çağırış etsə də, bu istiqamətdə hələlik heç bir addım atılmayıb. Ukrayna hərbi qüvvələri ilə separatçılar arasında təmas xəttini təşkil edən Slovyansk şəhərində insanlar təhlükə altındadır. Bəzi vətəndaşlar könülsüz olaraq evlərini tərk etməyə başılayıblar.
Comment