0
Tuesday 24 June 2014 - 15:32

BMT Təhlükəsizlik Şurası İsrail özbaşınalıqlarına göz yumur

Story Code : 394697
BMT Təhlükəsizlik Şurası İsrail özbaşınalıqlarına göz yumur
BMT Təhlükəsizlik Şurası İsrail özbaşınalıqlarına göz yumur
Bazar ertəsi günü Şuranın 15 üzvü İsrail reydləri zamanı qətlə fələstinlilərin qətlə yetirilməsi hallarını pisləyən qətnaməni qəbul etməkdə razılığa gəlmədilər.

Bağlı qapılar arxasında keçən şura iclasında Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin fələstinlilərin müraciətini dinlədikdən sonra mətbuat bəyanatı irəli sürdü. Ancaq amerikalı nümayəndə İsrail ilə bağlı olan məsləni rədd etdi.

Diplomatik mənbənin bildirdiyinə əsasən Amerikanın nümayəndəsi Samanta Pover deyib ki, İsraili tənqid etməyi nəzərdə tutan hər bir qətnamə Vaşinqton tərəfindən rədd ediləcək.

İsrail qüvvələrinin fələstinlilərə qarşı növbəti zülmü 12 iyun tarixində Qərb Sahilində üç israilli gəncin itkin düşməsindən sonra başladı. İsrail qüvvələri itkin düşmüş israilliləri axtarmaq üçün təşkil etdikləri əməliyyat zamanı bir neçə fələstinlini qətlə yetiriblər. İsrailin təşkil etdiyi əməliyyat nəticəsində həmçinin Həmas üzvləri və millət vəkilləri də daxil olmaqla 300-dən çox fələstinli həbs edilib.

Bu arada BMT-nin Yaxın Şərq üzrə kordinatoru Robert Serri də həmçinin deyib ki, o İsrailin artan zülmlərindən narahat olub və Tel Əviv rejimindən əməliyyatları beynəlxalq qanun çərçivəsində aparmağı tələb edib.

Serri əlavə edərək deyib: “Əməliyyatlar bu işdə heç bir təqsiri olmayan insanlara minimum dərəcədə təsir etməlidir və onların təhlükəsizliyi təmin edilməlidir.”

İsrail üç gəncin itkin düşməsində Həmasın məsuliyyət daşıdığını deyir. Ancaq Həmas bu ittihamları rədd edərək deyir ki, Tel Əvivin qrupa qarşı bu ittihamı Həmas və Fəth arasında mövcud olan vəhdəti pozmağa hesablanıb.
Comment