0
Sunday 13 July 2014 - 18:03

Zərif: "Növbəti bazar tarixi gün ola bilər"

Story Code : 399225
Zərif: "Növbəti bazar tarixi gün ola bilər"
"IslamTimes" "FarsNews"a istinadən xəbər verir ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" səhifəsində bildirib ki, biz bu dəfə gələn bazar gününədək tarix yaza bilərik. Etibar, inam ikitərəfli bir yoldur. Razılaşma əldə etmək üçün bütün tərəflərin nigarançılığı nəzərə alınmalıdır.
O əlavə edib: Biz təqsirkar tapmaq oyununa daxil olmayacağıq. Bu mənim üsulum deyil. Biz xalis səylə razılaşma əldə etmək üçün çalışacağıq, özümüzə qarşı da oxşar münasibət gözləyirik.
İranla bağlı nüvə danışıqlarının 6-cı mərhələsi hazırda ABŞ, İngiltərə, Almaniya və Fransanın xarici işlər nazirlərinin iştirakı ilə Vyanada keçirilir. Tərəflər arasında ciddi müzakirələr aparıldığı xəbər verilir.
Comment