0
Tuesday 15 July 2014 - 09:44

Böyük Britaniyanın yeni xarici işlər naziri bəlli olub

Story Code : 399490
Böyük Britaniyanın yeni xarici işlər naziri bəlli olub
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Sky News telekanalına hökumətdəki mənbələr bildirib.
“Britaniyanın yeni xarici işlər naziri Filip Hammond olacaq”, - Sky News vurğulayıb.
Məlum olduğu kimi, iyulun 15-nə keçən gecə Böyük Britaniyanın  xarici işlər naziri Uilyam Heyq özünün Twitter-dəki səhifəsində istefaya getdiyini bəyan edib.

İngiltərə xarici işlər naziri Uilyam Heyq istefa verdi

İngiltərə xarici işlər naziri Uilyam Heyq vəzifəsindən ayrıldığını bildirib.
ANS PRESS-in məlumatına görə, İngiltərə Mühafizəkar partiyasının üzvü olan Heyq parlamentin aşağı palatasına rəhbərlik etməklə, bu axşam 4 ildir davam etdirdiyi Xarici İşlər Nazirliyi vəzifəsindən istefa verib. Bu barədə o, "Twitter" hesabında məlumat yayıb.
53 yaşılı Heyq həmçinin, gələn il may ayında keçiriləcək seçkilərdə millət vəkili namizədi olmayacağını açıqlayıb.
26 illik deputat fəaliyyəti olan Heyq 1997-2001-ci illərdə həmin dövrün əsas müxalifət partiyası olan Mühafizəkar partiyasının sədri olub.
Qeyd edək ki, İngiltərə baş naziri Devid Kameron nazirlər kabinetində bəzi dəyişikliklər edir.
Comment