0
Friday 18 July 2014 - 11:42

İsrailə etiraz dalğası genişlənir

Story Code : 400149
İsrailə etiraz dalğası genişlənir
Braziliya hökuməti İsrail rejiminin Qəzzaya qarşı başladığı quru əməliyyatlarını sərt sözlərlə tənqid etdi. Bölgədə artan zorakılıq və gərginliyə görə narahatlıq ifadə edilir.
Sionist rejimin quru əməliyyatlarına başlamasına digər ilk etirazlar Fransa və Türkiyədən  gəlib. Türkiyə əməliyyatlarla əlaqədar narahatlığını bildirib. Türkiyə XİN-nin əməliyyat xəbərinin yayılmasından dərhal sonra etdiyi açıqlamada deyilir: "İsrailin Qəzzaya quru əməliyyatlarına başlamasından narahatıq".  
Fransa XİN-dən edilən açıqlamada isə əməliyyatların narahatlıqla qarşılandığı ifadə edilir, İsrail rejiminə düşünərək hərəkət etmə çağırışı edilir.  /Deyerler/
Comment