0
Sunday 20 July 2014 - 18:09

İsrailin Ərdoğan şikayəti

Story Code : 400560
İsrailin Ərdoğan şikayəti
ANS PRESS-in məlumatına görə, işğalçı İsrailin baş naziri Benyamin Netanyahu türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan ABŞ-a şikayət edib.
Belə ki, Netanyahu ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı bildirib ki, Ərdoğan çıxışlarında İsrailə qarşı böyük hörmətsizlik edir.
Benyamin Netanyahu Con Kerri ilə Qəzzada həyata keçirilən hərbi əməliyyatları da müzakirə edib.
Qeyd edək ki, Sionist rejimin Qəzzadakı hərbi əməliyyatlarını kəskin tənqid edən Ərdoğan ötən gün Ordu vilayətində çıxışı zamanı bildirmişdi ki, İsrail barbarlıqda Hitleri də keçib. Baş nazir İsraili “terrorçu dövlət” olaraq adlandırmışdı.
Comment