0
Monday 28 July 2014 - 09:42

Türkiyədə gərgin siyasi həftə

Story Code : 401926
Türkiyədə gərgin siyasi həftə
Hələlik ölkə cəmiyyətində daha məhşur olan Rəcəb Tayyib Ərdoğan İslam dünyasının yaxından tanıdığı Ekmaləddin İhsanoğlunu Qəzza hadisələrində təqsirləndirir. O, hesab edir ki, İhsanoğlu İslam Konfransında çalışdığı müddətdə münaqişənin həlli üçün müsbətə doğru heç bir addım atmayıb. İhsanoğlunun isə siyasətdə rəqiblərindən zəif olduğu, elə indidən görünür. O, sadəcə gəlin bir-birimizə qarşı kobud davranmayaq ifadəsini işlədir. Kürdlərin namizədi olan Səlahəddin Dəmirtaş isə daha çox Ərdoğanı tənqid edir.
 
ANS TV-nin Türkiyə bürosu “Prezident seçkisi öncəsi namizədlərin gücləri necə hesablanır?” sualına cavab tapmağa çalışıb:
 
"Bayram namazlarını qılındıqdan sonra, aktiv yeni bir həftəyə start veriləcək. Yeni həftə isə Türkiyədə seçkilərlə yadda qalacaq ki, bu seçkilərdə - Türkiyə tarixində ilk dəfə olaraq xalq tərəfində seçiləcək prezident seçkisi olacaq. Bu seçkilərdə 3 namizəd mübarizə aparacaq”.
Comment