0
Wednesday 13 October 2010 - 20:03

BMT-yə 5 yeni müvəqqəti üzv

Story Code : 40250
BMT-yə 5 yeni müvəqqəti üzv
BMT-yə 5 yeni müvəqqəti üzv
Seçimlәrdә, Almaniya 128, Cәnubi Afrika Cümhuriyyәti 182, Hindistan 187, Kolombiya 186 sәs qazanaraq yeni müvәqqәti üzvlәr olublar. Qәrb qrupunda Kanada vә Portuqaliya lazımi sәs çoxluğu olan 127 sәsi qazana bilmәyәrәk ilk mәrhәlәdәn keçmәyiblәr.
İkinci mәrhәlәdә dә sәs hәddini keçә bilmәyәn bu iki ölkә yarışa üçüncü vә son mәrhәlәdә davam ediblәr.
Üçüncü mәrhәlәdә sәsvermә davam edәn zaman Kanada Portuqaliyanın lehinә namizәdlikdәn әl çәkib. Belәcә, üçüncü mәrhәlәyә daxil olan Portuqaliya 192 üzv ölkәdәn 150-nin sәsini qazanaraq 2011-2012-ci illәr üçün Tәhlükәsizlik Şurasının müvәqqәti üzvü seçilib.
Yeni üzv ölkәlәr vәzifәlәrinin icrasına yanvar ayından başlayacaq vә iki il әrzindә bu postu tutacaqlar. Xatırladaq ki, Türkiyә, Avstriya, Yaponya, Meksika vә Uqandanın üzvlük müddәti bu il başa çatır.
Comment