0
Saturday 2 August 2014 - 02:21

Bir qadına yendilər (Leyla Yunusa)

Story Code : 402507
Bir qadına yendilər (Leyla Yunusa)
Ədalətdən danışan
uşaq başı kəsəndə,
yaşamaqçün yaranmış
ölməyə tələsəndə
daha heyrətlənmirəm,
daha tanışdı dünya,
xəbərlər çox tez çatır,
bircə qarışdı dünya.
 
Haqsız tutulanlara
arxa duran tutuldu...
Leyla Yunus tutuldu,
Janna, Karman tutuldu.
Üç ay həbs, yəni tonqal,
yəni işgəncə, təhqir.
Xalqın haqqın istəyən
haqsızlıqda müqəssir.
 
İttihamlar qədimi:
AİLƏyə xəyanət!
Demə Leyla Yunusun
hər addımı cinayət!!
Bu qadın neyləsin ki
məntək qul ola bilmir.
Biri alçaldılanda
yerində qala bilmir.
 
Dindarlar şərlənəndə
hamını banda gördüm.
Millət susub baxırdı,
hünəri onda gördüm.
Şərlənən oğulların
yükü çox ağır idi.
Tənha atılmışlara
başqa həmdərd var idi?!
 
Çox çəkdi bu aslanın
zindana salınması.
Çox baha başa gəldi
razılıq alınması.
Qərbin satmadığı kim?
Hərənin öz qiyməti!
Bac alıb qurban vermək
şərin köhnə adəti.
 
Darıxma məhbus bacı,
haqq yolun sonu budur.
Bilirdin ki, rəqibin
mələk libaslı quldur.
Qapını Allah açsın,
bizdən qeyrət gözləmə.
Bu həbsin iftixardır,
üzünü heç gizləmə.
 
Qoy erməni desinlər,
xain, cani desinlər.
Üzü ağın başına
qara kül ələsinlər.
Bizdən kömək gözləmə,
olanımız qorxudu.
Saf ol, saf insanlara
Allah özü arxadı.
 
A. Eyvazov
a_eyvazov@inbox.ru
Comment