0
Tuesday 5 August 2014 - 10:40

ABŞ-ın ardınca Britaniyadan İsrail rejiminə 12 milyardlıq hərbi dəstək

Story Code : 403128
ABŞ-ın ardınca Britaniyadan İsrail rejiminə 12 milyardlıq hərbi dəstək
Nazirlərsə iddia edirlər ki, onlar bu silahların İsrail tərəfindən Qəzzada istifadə olunub - olunmayacağına bəri başdan əmin olmaq üçün müəyyən araşdırmalar aparırlar. “Downing Street”dəki (Britaniya hökumətinin yerləşdiyi küçə) mənbələrə istinad edən media orqanı bu barədə geniş məlumat verib.
Qeyd olunur ki, Britaniyanın baş naziri Devid Kemeron bəyan edib ki, BMT İsraili Fələstində məktəbləri bombaladığına görə yalnız “əxlaqi pozuntu”da ittiham edə bilər. Baş nazir İsraili ittiham edənləri isə kəskin şəkildə qınayaraq münaqişənin səbəbkarı kimi Həması göstərib. Və bu müqavilə məhz belə bir fonda ortaya çıxıb.
130 Britaniya şirkətinin məhsullarının satışını əhatə edən müqavilədə Hermes pilotsuz uçaqlarına və İsrail rejiminin əsas döyüş tankı Merkava-ya müxtəlif hissələrin satışı da nəzərdə tutulub.
Digər mənbə isə bildirib ki, əslində hökumətin müqaviləni Qəzzadan dolayı yenidən nəzərdən keçirmək fikri yoxdur.
Ötən ay isə Britaniyanın yeni naziri Tobias Ellvud bəyan etmişdi ki, düşünmürük ki, kor-koranə embarqo qoyaraq İsrailə silah satmasaq Yaxın Şərqdə sülh prosesində inkişaf olacaq.
Yaşıllar Partiyasından millət vəkili olan Karolina Lukas isə bəyan edib ki, İsrailə silah satışına embarqo qoyulmalıdır və bu rejim ilə hərbi əməkdaşlıq kəsilməlidir... /Musavat/
Comment