0
Friday 15 October 2010 - 11:07

BMT: Əfqanıstanda dinc əhalinin qətliamı artmaqdadır

Story Code : 40404
BMT: Əfqanıstanda dinc əhalinin qətliamı artmaqdadır
BMT: Əfqanıstanda dinc əhalinin qətliamı artmaqdadır
Əfqanıstanın şimalında dinc əhalinin qətliamı sürətlə artmaqdadır. Belə bir açıqlama ilə BMT-nin insan haqları üzrə komissiyasının Əfqanıstan üzrə səlahiyyətli nümayəndəsi Jorjet Qanon Əfqanıstanın Bəlx əyalətində keçirdiyi mətbuat konfransında çıxış edib, - “salamnyus” xəbər verir.
Hüquq müdafiəçisinin sözlərinə görə, bu ilin ilk yarısı dövründə dinc əhalinin qətliamı, ötən ilin analoji dövrü ilə müqayisədə xeyli artıb. İlk növbədə uşaqlar (55%) və qadınlar arasında ölüm halları artıb. Dinc əfqanıstanlılar başlıca olaraq ABŞ və onun müttəfiqlərinin Əfqanıstanda apardığı işğalçı əməliyyatların qurbanları olur. Həmçinin bəzən terrorçuların törətdiyi partlayışların da qurbanları məhz dinc əfqanıstanlı müsəlmanlar olur.
“NATO qüvvələrinin öz kəşfiyyat əməliyyatlarını düzgün qurmaması nəticəsində çox zaman məhv edilən terrorçular deyil, məhz dinc əhali olur”, - deyə BMT eksperti bəyan edib. /Deyerler/
Comment