0
Thursday 21 August 2014 - 09:35

Başı kəsilən jurnalistin ailəsi danışdı

Story Code : 405900
Başı kəsilən jurnalistin ailəsi danışdı
ANS PRESS-in məlumatına görə, öldürülən foto-müxbir Ceyms Foleyin ailəsi Nyu Hempşirdəki evlərinin qarşısında mətbuat konfransı təşkil edib.
 
Oğlunun öldürülmə şəklini dəhşətli olaraq qiymətləndirən Foleyin atası Con Foley, "Oğlum cəsarətini sübut etdi. Azadlıq qurbanı olduğuna inanırıq" deyə bildirib.
 
"Cim (qısaldılmış adı) dünyanın o bölgədə çəkilən zülmlərdən xəbərdar olmağının vacibliyini düşünürdü. Bunu etməyə özünü borclu olduğunu hiss edirdi" - deyən ana Dayan Foley gözyaşlarını saxlaya bilməyib.
 
Qeyd edək ki, “GlobalPost və “Agence France-Presse” yayım şirkətlətində ştatdankənar fotojurnalistlik edən Foley 2012-ci ilin noyabr ayınında Suriyada itmişdi.
 
İŞİD qruplaşmasının ötən günlərdə sosial şəbəkələrdə yaydığı Foleyin edam videosu rəsmən təsdiqini tapıb.
Comment