0
Sunday 24 August 2014 - 08:37

Ferquson nümayişləri ABŞ-ı bürüyür

Story Code : 406378
Ferquson nümayişləri ABŞ-ı bürüyür
Bir qədər əvvəl Nyu York polisi qanunsuz siqaret satdığı üçün qaradərili vətəndaşı həbs etməyə çalışmış, şübhəli astma xəstəliyindən əziyyət çəkdiyi üçün polisin boğma hərəkətinə tab gətirməyərək ölmüşdü. Hadisə ağdərili polisin əlində baş verib.
 
Nyu Yorkun Steten Aylend rayonunda baş tutan aksiyaya minlərlə qaradərili amerikalı qatılıb. Aksiya iştirakçıları son bir neçə həftədə qaradərililərə qarşı törədilən cinayətlərin irqi nifrətdən doğduğunu iddia edirlər.
 
“Polis zorakılığının qarşısını almalıyıq. Bizim övladlarımızın həyatı təhlükədədir. Polis onlara sadəcə bir hədəf taxtası kimi atəş aça bilməz. Çünki onlar hədəf taxtası deyil”
 
Aksiya iştirakçıları polisləri “məhbus qatilləri” adlandırıblar. Akisyada “ədalət bərpa olunmayınca, sülh də olmayacaq” şüarları səsləndirilib. Etirazçılar məsələnin federal hökumət səviyyəsində araşdırılmasını istəyiblər. “Yerli rəsmilərin dürüst davranacaqlarına inanmıram. Buna görə federal hökumət məsuliyyət daşıyır” - deyə etirazçılardan biri qeyd edib.
 
Bir müddət əvvəl Missuri ştatında polisin qaradərili yeniyetməni öldürməsi də ölkə səviyyəsində irqi zəmində qarşıdurmalara səbəb olmuşdu.
Comment