İran XİN rəhbəri Ərdoğanın andiçmə mərasimində iştirak edəcək
Story Code : 406771
"Deyerler" İRNA-ya istinadən xəbər verir ki, bu barədə bu gün İraq Kürd Muxtariyyatının rəhbəri Məsud Bərzani ilə keçirdiyi birgə mətbuat konfransında M.C.Zərif özü bildirib. C.Zərif bildirib ki, o, cümə axşamı günü Türkiyəyə səfər edəcək və Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.
Xatırladaq ki, Türkiyədə ilk dəfə keçiriləcək mərasim 28 avqustda reallaşacaq. /Deyerler/