0
Sunday 7 September 2014 - 15:03

İraq mətbuatı da Əl-Bağdadinin məhv edildiyini əks etdirən görüntülər yaydı

Story Code : 408631
İraq mətbuatı da Əl-Bağdadinin məhv edildiyini əks etdirən görüntülər yaydı
Deyerler.org İraq mətbuatına istinadən xəbər verir ki, hələ rəsmi təsdiqlənməmiş fotonun son ABŞ aviazərbələrindən sonra çəkildiyi bildirilir.
Hava əməliyyatları zamanı Əl-Bağdadinin özü və daha 3 köməkçisinin öldürüldüyü açıqlanıb. İraq təhlükəsizlik orqanlarının yüksək səviyyəli rəsmisi NBC News kanalına açıqlamasında İŞİD lideri və 3 köməkçisinin məhv edilməsini təsdiqləyib.
Pentaqon rəsmisi polkovnik Stiv Uorren isə Bağdadinin ölüm xəbərini şərh edərkən xəbəri nə təkzib, nə də təsdiq edib. "Mən deyə bilmərəm Bağdadi öldürülüb, amma əgər o, hərbçilərə qarşı gəlibsə, yəqin ki, öldürüləcək", - deyə Pentaqon rəsmisi bildirib.
ABŞ aviasiyası hazırda İraqın şimalına aviazərbələr endirməyə davam edir.
Eyni zamanda hazırda xəbər agentlikləri və saytları hələ rəsmi münasibət açıqlanmamış Bağdadinin ölüm xəbəri və fotosunu yaymaqdadır.

Comment