İstanbulda görünməmiş əməliyyat: 15 min polisin iştirakı ilə
Story Code : 410799
Axar.az xəbər verir ki, əməliyyata mahal təhlükəsizlik xidmətləri, Terror, Kəşfiyyat, Mütəşəkkil cinayətlər, Narkotik, Milli Təhlükəsizlik, Asayiş, Önləyici Xidmətlər və Çevik Qüvvələr qatılıb. Verilən məlumatlara görə, hazırda davam edən əməliyyatlarda əsas hədəf terror, asayişin pozulması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir. Öncədən təyin olunan ünvanlara eyni vaxtda basqınlar təşkil edən qruplar hər mahalda meydan və mərkəz nöqtələrdə şübhəli bilinən şəxslərin sorğusunu aparır.