0
Thursday 21 October 2010 - 08:54

“İran nüfuzlu iri dövlətlərin qorxutma cəhdlərinə uymayacaq”

Story Code : 41107
“İran nüfuzlu iri dövlətlərin qorxutma cəhdlərinə uymayacaq”
“İran nüfuzlu iri dövlətlərin qorxutma cəhdlərinə uymayacaq”
İran xalqı heç vaxt iri dövlətlərin qorxutma cəhdlərinə uymayacaq və öz ideallarından imtina etməyəcək. Bunları İranın ali dini lideri Seyid Əli Xamneyi bildirib. Məlumatı IRNA agentliyinə istinadən Press-TV yayıb.
"İran xalqı malik olduğu gücə və özünəəminliyi sayəsində nüfuzlu iri dövlətlər tərəfindən təhdidlərə qarşı mübarizə aparmağa nail olacaq", - bu sözləri Ayətullah Xamenei səkkizillik İran-İraq müharibəsində həlak olanların ailələri ilə görüşü zamanı bildirib.
Ali lider əlavə edib: "Dünyada İrana mənfi təsir göstərə biləcək müxtəlif siyasi hadisələrə baxmayaraq, İran xalqı dünyada baş verən bütün dəyişikliklərə təsir göstərə bilir"
O qeyd edib ki, İranın qələbəsi pulun, maliyyə resurslarının və atom silahının köməyi ilə dəstəklənən gücə deyil, inamdan əmələ gələn gücə əsaslanır. /Trend/
Comment