0
Monday 27 October 2014 - 18:37

İran neft hasilatını artırdı

Story Code : 416775
İran neft hasilatını artırdı
Bu barədə İranın neft naziri Mansur Moazzami danışıb. OPEK-in hesablamalarına əsasən, İranın heft hasilatı sentyabrda 2,675 milyon barel təşkil edib. Bununla belə, İran neft emalı zavodlarının istehsal gücünü gündəlik 1,8 milyon bareldən 3 milyon barelə qaldırmaq istəyir. İran ekspertlərin hesablamalarına görə, ölkənin təsdiqlənmiş neft ehtiyatları 60 ilə yetəcək qədərdir.  İran neftin qeyri-stabil qiymətini nəzərə alaraq, müxtəlif senariləri gözdən keçirir. Hazırda siyasi və iqtisadi amillər qlobal neft bazarında qiymətlərin azalmasına təsir edir. İranlı nazir bildirib ki, onlar ölkəni neftin qiymətinin həm 5 dollar, həm də 140 dollar olduğu dövrdə idarə ediblər. Qiymət dəyişməsi ilə bağlı heç bir problem yoxdur. Növbəti il ​​üçün büdcə hazırlanarkən hökumət neftin barelini 90-100 dollar intervalında götürməyib. Problemdən qaçmaq üçün daha real qiymət təyin edilib. Çünki İran büdcəsi heç vaxt defisitlə üzləşməyib”.
Onu da bildirək ki, İran şirkətləri də neftin qiymətini 2015-ci il üzrə 70 dollardan proqnozlaşdırır: “Büdcədə də neftin qiyməti  məhz bu həddən götürüləcək”.
Comment