0
Sunday 2 November 2014 - 15:17

Abgül Süleymanovun həyatı təhlükədə: O ikinci dəfə "kars"a salınacaq və...

Story Code : 417740
Abgül Süleymanovun həyatı təhlükədə: O ikinci dəfə "kars"a salınacaq və...
Abgül Süleymanovun həyatı təhlükədə: O ikinci dəfə "kars"a salınacaq və...
Lakin, əldə edilən məlumatlara görə, Abgül Süleymanov ikinci dəfə 15 günlük cəza kamerasına salınacaq.

Həmçinin, ruhaninin qapalı tipli həbsxanaya göndərilməsi də istisna edilmir.

Qeyd edək ki, son aylar həbsxanadakı ruhanilərə qarşı bu cür addımlar intensivləşib.

Onu da qeyd edək ki, Hacı Abgülün ailəsi və yaxınları ruhaninin həyatının təhlükədə olmasından narahatdırlar.

İslamazeri.az bunun bağlı ruhaninin yaxınları ilə əlaqə saxlayıb. Onlar bildiriblər ki, Hacı Abgülə qarşı təzyiqlər haqqında onlara məlumat çatıb. Hətta dəqiqləşdirilməmiş məlumata görə, ona fiziki təzyiq də edilib. Ruhaninin yaxınları onu da bildiriblər ki, bütün bu şeylərdə, xüsusilə Abgül Süleymanovun həyatıyla bağlı Penitensiar Xidmət və onlara bu haqda göstəriş verən qurumlar məsuliyyət daşıyırlar.
Source : Islamazeri
Comment