0
Monday 3 November 2014 - 12:41

BMT-nin şok hesabatı

Story Code : 417809
BMT-nin şok hesabatı
BMT-nin iqlim hesabatına görə, qlobal istiləşmə, dəniz səviyyəsinin çoxalması və iqlim dəyişikliyi davam edəcək. ANS PRESS-in məlumatına görə, hesabatda, istixana qazı tullantılarının qarşısı alınsa belə səth isinməsi çoxalacaq, iqlim dəyişikliyinin təsirləri hələ əsrlər boyu davam edəcək.
Hesabata görə, XIX əsrin ortalarından başlayan dəniz səviyyəsindəki yüksəlmə son 2 000 ildəkindən daha çox olub, yəni 1901 – 2000-ci illər arasında dəniz səviyyəsindəki yüksəlmə 19 cm-ə çatıb.
“Güman olunan isti hava dalğası intensiv və uzun müddətli olacaq, şiddətli yağışlar şiddətini artıraraq və intensivləşərək bəzi bölgələrdə davam edəcək. Okeanların isinməsi, turşu səviyyəsinin çoxalması, dəniz səviyyəsinin yüksəlməsi davam edəcək. İstixana qazlarının qarşısı indi alınsa belə iqlim dəyişikliyinin mənfi təsirləri əsrlər boyu davam edəcək” – deyə hesabatda bildirilir.
 
Comment