0
Saturday 15 November 2014 - 12:30

ABŞ-dan “çuval” açıqlaması

Story Code : 419594
ABŞ-dan “çuval” açıqlaması
Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Türkiyədə ABŞ-ın 3 əsgərinin başına çuval keçirilməsi ilə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Psaki İstanbulda bir qrupun 3 amerikalı hərbçiyə etdiyi hərəkətdən sonra Türkiyə hökumətinin məsələyə münasibətindən razı qaldıqlarını bildirib.
“Türkiyə Xarici İşlər naziri, Daxili İşlər naziri və Türkiyənin Vaşinqton səfirliyi məsələni qınadılar və baş verənlərin hüquqi yolla həlli üçün tapşırıqlar verdilər.” – deyə C.Psaki açıqlamasında razılığını vurğulayıb.
Xatırladaq ki, Qara dənizdə NATO-nun keçirdiyi hərbi təlimdə iştirak edən USS ROSS (DDG71) adlı döyüş gəmisində xidmət edən 3 vəzifəli hərbçi Türkiyə Gənclik Birliyi (TGB) təşkilatının üzvlərinin "hücumu"na məruz qalmışdı. Təşkilat üzvləri ABŞ hərbçilərinin başına çuval keçirməklə İraqda Türkiyə əsgərlərinin başına gətirilən təhqiramiz olayın qisasını aldığını bəyan ediblər.
Comment