0
Saturday 15 November 2014 - 19:41

Angela Merkel: “Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir”

Story Code : 419691
Angela Merkel: “Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir”
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel Avstraliyanın Brisben şəhərində keçirilən G20 sammitində çıxışı zamanı bildirib.
“Avropa İttifaqı Rusiyanın maliyyə sektoruna aid yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. Hazırkı vəziyyət bizi qane etmir. Sanksiyaların tətbiq olunacağı şəxslərin siyahısı üzərində işlər gedir”, - deyə A. Merkel qeyd edib.
Qeyd edək ki, bu gün ərzində A. Merkelin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir. Görüş zamanı Ukrayna böhranı və digər məsələlərin müzakirə olunacağı nəzərdə tutulub.
Comment