0
Friday 29 October 2010 - 10:34

Fransada etiraz aksiyaları səngimir

Story Code : 42132
Fransada etiraz aksiyaları səngimir
Fransada etiraz aksiyaları səngimir
Fransada hökumətin büdcə kəsirlərinin aradan qaldırılması məqsədilə pensiya islahatlarına etirazlar səngimir. Tətil səbəbindən ölkədə qatar və təyyarə reysləri təxirə salınıb. Fransada həmkarlar İttifaqlarının hökumətin təqaüd islahatlarına qarşı etirazları davam edir. İki yüzə yaxın nümayişçi Tuluzadakı “Eyrbas” zavoduna təyyarə aparan konvoyun qarşısını kəsib. İki saat davam edən aksiya polisin müdaxiləsilə dayandırılıb. Həmkarlar ittifaqları təqaüd yaşının artmasını nəzərdə tutan qanunun parlamentdə qəbul edilməsinə baxmayaraq, etirazları davam etdiriləcəklərini bildiriblər. Bu arada dəmiryolu işçiləri də tətillərə başlayıblar. Nəticədə qatar səfərlərinin əksəriyyəti təxirə salınıb. Hava limanları işçilərinin də aksiyaya qoşulması səbəbindən ölkədə daxili təyyarə uçuşlarının 50 faizi təxirə salınıb. Bu gün isə həmkarlar təşkilatları ölkənin müxtəlif şəhərlərində 230-a yaxın nümayişin keçirilməsinə hazırlaşıb. Aksiyalara minlərlə insanın qatılacağı gözlənilir. /FaktXeber/
Comment