0
Monday 1 December 2014 - 06:37

Rusiyada tibb işçiləri islahatlara etiraz edir

Story Code : 422384
Rusiyada tibb işçiləri islahatlara etiraz edir
“InterFax.ru” bildirir ki, bu gün Rusiyanın müxtəlif şəhərlərində səhiyyədəki problemlərlə bağlı mitinqlər keçirilib. Moskvada keçirilmiş mitinqdə 1.500 nəfər iştirak edib. Sankt-Peterburqda isə 250 nəfərdən çox tibb işçisi etiraz aksiyasına qatılıb.
Agentlik qeyd edir ki, mitinq iştirakçıları tədbirə Rusiya Liberal, Kommunist, “Yabloko” Partiyalarının və digər siyasi qrupların bayraqları ilə qatılıblar. Moskva rəhbərliyi isə mitinqdə 1.500 tibb işçisinin iştirakına icazə verib.
Eyni problemə görə Moskvada noyabrın 2-də də mitinq keçirilmişdi. Tibb işçiləri səhiyyəyə ayrılmış büdcənin azalmasından narahatdırlar. Hakim dairələr tərəfindən xəstələrin pulsuz müalicəsi ilə bağlı ortaya süni əngəllərin çıxarılması da mitinq iştirakçıları tərəfindən etirazla qarşılanıb.
Etirazların əsas səbəbi isə həkimlərin və tibb personalının ixtisara düşməsi ilə bağlıdır. Nəzərdə tutulmuş ixtisarlar təqaüd yaşına çatanların istirahətə göndərilməsini qaçılmaz edir.
Moskva meri Sergey Sobanin bildirib ki, ixtisara düşən aşağı səviyyəli tibb personalı 200 min, orta tibb personalı 300 min, həkimlər isə 500 min rubl kompensasiya alacaqlar.
Agentlik qeyd edir ki, Rusiyada tibb sahəsində islahatlar bu ilin iyun ayında başlayıb və 2015-ci ilin son gününə qədər davam edəcək. /Musavat/
Comment