0
Friday 5 December 2014 - 13:29

ABŞ-da polis daha bir afroamerikalını öldürdü

Story Code : 423486
ABŞ-da polis daha bir afroamerikalını öldürdü
ABŞ-da polis daha bir afroamerikalını öldürdü
Amerikanın Arizona ştatında polis zabiti 34 yaşlı afroamerikalını öldürüb.
Polis ehtimal edib ki, onun cibində silah ola bilər, sonra isə aydın olub ki, orda sadəcə dərman var imiş. Zabit kişinin narkotik satmasından şübhələnib qətldən öncə polis ilə kişi arasında münaqişə yaranıb.

ABŞ-ın bir çox şəhərlərində son zamanlar bu qəbildən olan insidentlər, o cümlədən də məhkəmənin afroamerikalı yeniyetmə Maykl Braunu güllələyən ağ polis Darren Uilsonun, qaradərili Erik Qarneri boğan Deniel Pantaleoya qaşı da analoji davranış üzündən etiraz aksiyaları keçirilib

Bu kütləvi etiraz aksiyalarının fonunda Cənubi Karolina məhkəməsi cümə axşamı keçmiş polis əməkdaşına silahsız şəxsi qətlə yetirdiyinə görə ittiham irəli sürülüb.

İttiham edilən Riçard Kombz Yutovil şəhərində polis rəisi vəzivəsində çalışırdı.

2011-ci ildə Kombz qaradərilinin qızına Bernard Beyliyə sınmış fara üçün cərimə yazıb, bu isə həmin adamla münaqişəyə gətirib çıxarıb, nəticədə isə polis Beylini güllələyib.
Source : Lenta
Comment