0
Sunday 7 December 2014 - 16:19

Ayətullah Sistani İŞİD təhlükəsi olan şəhərlərə Ərbəin müraciəti etdi

Story Code : 424005
Ayətullah Sistani İŞİD təhlükəsi olan şəhərlərə Ərbəin müraciəti etdi
Ayətullah Sistani İŞİD təhlükəsi olan şəhərlərə Ərbəin müraciəti etdi
“Hamımız Ərbəin ziyarətinin nə qədər dəyərli olduğunu, bu səfərin nə kimi dünyəvi və axirəvi savablarının olduğunu çox yaxşı bilirik. Buna görə hər kəs böyük bir şövqlə hər il bu ziyarəti yerinə yetirmək istəyir. Ancaq ölkəmizdə bu il İŞİD terror təşkilatı kimi bir bəla var. Mən xüsusilə İŞİD-in təhlükəsi ilə üz-üzə qalan şəhərlərin xalqına müraciət etmək istəyirəm. Şəhərlərinizi Ərbəin ziyarətinə görə tamamilə boşaltmayın!”.

Kərbəla şəhərinin imam-cüməsi Seyyid Əhməd Safi İraqın müxtəlif regionlarında təhlükəsizlik qüvvələrinin terrorçular qarşısında böyük uğurlar əldə etmələrinə toxunaraq deyib: “Müvəffəqiyyətlərimiz bizi aldatmamalıdır. Görülən işlər zəiflədilməməlidir. Ölkəmizi terror bəlasından tamamilə təmizləyənədək ayıq olmalıyıq. Xüsusilə İŞİD terror təşkilatının təhdidi altında olan bölgə xalqlarına səslənirəm: Ərbəin ziyarətinin fəziləti inkar oluna bilməz. Bu ziyarətin nə kimi dünyəvi və axirət savabları olduğunu az-çox hamımız bilirik. Amma şəhərinizi də təmamilə boşaltmayın! Bir qrupunuz şəhəri müdafiə etmək üçün şübhəsiz orada qalmalıdır. Çünki düşmən daima pusqudadır!”.
Source : Deyerler
Comment