0
Monday 15 December 2014 - 16:26

Şiənin siyasi gücünü Ərbəində gör!

Story Code : 425836
Şiənin siyasi gücünü Ərbəində gör!
Şiənin siyasi gücünü Ərbəində gör!
Regional məsələlər üzrə ekspert Sədullah Zarei FarhangNews informasiya mərkəzinə müsahibəsində deyib: Ərbəin mərasimi və milyonlarla insanın bu mərasimə qatılması şiə toplumunun iqtidarını və onun siyasi məsələlərdə reaksiya gücünü göstərir.

Cənab Zarei Ərbəin münasibəti ilə Kərbəlada bir araya gələn 20 milyon nəfərə yaxın şiənin əzəmətini yada salaraq deyib: Bu milyonluq ziyarət yürüşünü müasir tarixin ən böyük toplumu saymaq olar. Bu insanlar dünyanın müxtəlif ölkələrindən Kərbəlaya üz tutub. Tarixdə belə bir izdiham qeydə alınmayıb. 20 milyon insan eyni bir hədəflə Seyyidüş-Şühədanın ziyarətinə toplaşıb. Bəşər tarixinə nəzər salsaq belə məqsədli toplanışın nümunəsinə tapa bilmərik.

Cənab Zarei Ərbəin ziyarətinin beynəlxalq təsirlərinə işarə ilə deyib: Neçə gün piyada yol gələn bu böyük izdihamın şübhəsiz ali məqsədləri var, eləcə də bu hadisə böyük siyasi əks-səda doğuracaq. Kimi 5 gün, kimi 10 gün, kimi 2 həftə piyada yol gəlib. Bu əzəmətli səfər İŞİD terrorçularına ciddi xəbərdarlıqdır. İraqda qeyri-sabitlik yaradanlar başa düşməlidirlər ki, İraq xalqı terrorizmlə mübarizədə həyatından keçməyə hazırdır.

Ekspert Ərbəin ziyarətini şiə məktəbinin səbr və nəcabəti kimi dəyərləndirib. İnsanlar bir çox çətinliklərə göz yumaraq vəhdət yolunda tarixi addım atmışlar. Şiələrin izdihamlı Ərbəin səfəri onların siyasi təbəddülatlar müqabilində reaksiyasına sübutdur. Şiələr öz nəcabətləri xatirinə bu günə qədər bir çox potensiallarını işə salmayıblar.
Source : Nur.az
Comment