0
Wednesday 3 November 2010 - 17:45

Buş öz cinayətlərindən yazıb

Story Code : 42776
Buş öz cinayətlərindən yazıb
Buş öz cinayətlərindən yazıb
Corc Buşun “Qərar anları” adlı xatirə kitabı çap olunacaq. Bu kitabda 1 milyondan artıq insanın həlak olduğu İraq müharibəsinə bəraət qazandırılır.
64 yaşlı Buş kitabda Səddam Hüseyni “dictator-qatil” adlandırır. O, İraq-Amerika müharibəsinin acı xatirələrini ört-basdır etmək üçün deyib: “İraq xalqı Səddamsız daha rahat ömür sürür.”
Corc Buş bildirib: “Mən orduya işgəncə icazəsi vermişdim. Çünki bu yolla bəzi insanların canı mühafizə olunur... Amma məni təəccübləndirən, İraqdakı araşdırmalarda kütləvi qırğın silahlarının aşkar olunmamasıdır. Bu məsələ hələ də məni düşündürür.”
Corc Buş çap olunacaq kitabda öz prezidentliyi dövründə qərar qəbul etdiyi 14 əsas mövzudan da söz açıb.
O bildirib ki, Amerika 2003-cü ildə müttəfiqləri ilə birlikdə İraqda kütləvi qırğın silahları olması bəhanəsi ilə bu ölkəyə basqın etdi. Amma qeyd olunan silahlardan heç bir əsər-əlamət tapılmadı.
Nəzərinizə çatdıraq ki, bu döyüşdə 4500 Amerika hərbçisi həlak olub. Amma Beynəlxalq təşkilatların verdiyi açıqlamalarda bu müharibənin əsas qurbanlarının İraq əhalisi olduğu bildirilir.
Related Stories
Comment