Nigeriyada “Boko Haram” silahlıları 40 nəfəri girov götürüblər
Story Code : 430010
Nigeriyada “Boko Haram” terror qruplaşmasının silahlıları ölkənin şimal-şərqindəki Malari yaşayış məntəqəsinə hücum edərək azı 40 nəfəri girov götürüblər.
girovların əksəriyyəti 15-23 yaşlı gənc oğlanlardır.
Qeyd edək ki, “Boko Haram” silahlıları ötən il ərzində yüzlərlə gənci girov götürüblər. Keçən ilin aprelində silahlılar Çibok şəhərindəki liseyə hücum edərək 200-dən çox məktəbli qızı girov götürüblər.