0
Tuesday 20 January 2015 - 16:41

Amerikalı senator Fələstini təhdid etdi

Story Code : 433918
Amerikalı senator Fələstini təhdid etdi
Fələstinlilər İsrail rejimini Beynəlxalq Cinayət Məhkəməsinə versələr ABŞ-ın hər il verdiyi yardımdan məhrum ola bilərlər.
Avropa.info xəbər verir ki, bu haqda ABŞ senatoru Lindsi Qrem açıqlama yayıb. Qrem deyib ki, İsrailə qarşı addım atılacağı təqdirdə Amerika yardımı kəsəcək. O, hətta irəli gedərək bunu təhqir sayıb. Onun sözlərinə görə, ABŞ qanunları bu halda yardımı kəsməyi tələb edir.

Barak Obama administrasiyası bəyan edib ki, Fələstini suveren dövlət saymır. Bu səbəbdən Fələstin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü ola bilməz. Fələstinin İsraili məhkəməyə verəcəyi halda yardımdan məhrum olunacağı Ağ Ev tərəfindən hələ açıqlanmayıb.

ABŞ hər il Fələstinə 400 milyon dollar pul verir. İsrail hər il Fələstin üçün vergi şəklində yığılan 120 milyon dollar pulu artıq dondurub.

Fələstin rəsmən 1 apreldən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olacaq. Amma buna baxmayaraq, artıq şikayətlə müraciət ediblər.
Source : Avropa.info
Comment