0
Sunday 25 January 2015 - 09:22

Dollar sıradan çıxır?

Story Code : 434911
Dollar sıradan çıxır?
Öncə də xəbər verdiyimiz kimi İran dollardan imtina edib, bu açıqlama ilə İran Mərkəzi Bank sədrinin müavini Qulaməli Kamyab çıxış edib.
Onun sözlərinə görə, türk lirəsindən savayı əməliyyatlarda çin yuanı, rus rublu, Koreya vonu və avro kimi digər pul vahidlərindən də istifadə ediləcək:
"Bir sıra ölkələrlə valyuta mübadiləsində razılaşma əldə etmişik. İran ən böyük ticarət ortaqlarından biri olan Çin ilə 2012-ci ildən bəri dollar yerinə Çin yuanı istifadə edir".
Xatırladaq ki, Türkiyə ilə İran arasında milli pul vahidlərinin istifadə edilməsi ilə bağlı müzakirələrin müsbət nəticə verdiyi bildirilib.
Rusiya ilə Çinin də ticarət əməliyyatlarında dollar əvəzinə milli pul vahidlərindən istifadə etməsi ABŞ-ı diz çökürə bilər.
Comment