Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” düşmən ordusunun təmas xəttinin şərq istiqamətində həyata keçirdiyi “cəza əməliyyatı” barədə məlumat yayıb.
Bu dəqiqələrdə Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” düşmən ordusunun təmas xəttinin şərq istiqamətində həyata keçirdiyi “cəza əməliyyatı” barədə məlumat yayıb.
Virtualaz.org saytı news.am saytına istinadən xəbər verir ki, məlumatda iddia edildiyinə görə, bu əməliyyat nəticəsində təmas xəttinin şərq istiqamətində (Ağdam) Azərbaycan ordusunun iki mövqeyi, habelə bir minik avtomobili sıradan çıxarılıb.
Təmas xəttinin bu istiqamətinin başqa hissəsində isə Azərbaycan ordusunun iki əsgərinin vurulduğu iddia edilir.