0
Sunday 1 February 2015 - 20:30

Putin Olland və Merkellə danışdı

Story Code : 436436
Putin Olland və Merkellə danışdı
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Ukrayna böhranını müzakirə ediblər.
ANS PRESS-in məlumatına görə, Kremlin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, tərəflər arasında baş tutan telefon danışığında Ukraynanın şərqindəki münaqişənin nizamlanması müzakirə edilib. Və Minskdə keçirilən danışıqlarda atəşkəsin əldə olunmasına və ağır silahların tətbiqindən imtina olunacağına ümid ifadə olunub.
Tərəflərin daha hansı məsələləri müzakirə etdiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Ukrayna ilə separatçılar arasında Minskdə görüş keçirilib. Görüşdə hansı nəticələrin əldən olunduğu barədə hələlik məlumat verilməyib.
Comment