0
Friday 6 February 2015 - 00:03

Prezident: “AB Rusiyaya sanksiyaları qorumalıdır”

Story Code : 437776
Prezident: “AB Rusiyaya sanksiyaları qorumalıdır”
Axar.az Ria Novosti-yə istinadla xəbər verir ki, bunu Slovakiya Prezidenti Andrey Kiska “Voll Strit Cönəl” qəzetinə verdiyi intervüdə bildirib. 
“AB-nin vahid fikri dəstəkləməsi çox mühümdür ki, Rusiya bizim daxili birliyimizi parçlamaq üçün Birlik daxilindəki fikir ayrılığından istifadə edə bilməsin”, - deyə Kiska bildirib.
Slovakiyanın prezidenti hesab edir ki, AB tətbiq edilmiş iqtisadi sanksiya və giriş məhdudiyyətinin zamanı bitdiyində onun fəaaliyyətinin uzadılmasına hazır olmalıdır: 
“Rusiyanın dəstəyi olmasaydı, Ukraynanın şərqindəki konflikt heç vaxt başlamazdı. Odur ki, demokratik dövlətlər kimi bizim vəzifəmiz mövqeyimizi dəqiq təyin etməkdən ibarətdir. Mən Ukraynada vəziyyət yaxşılaşanadək sanksiyaların davam etdirilməsini birmənalı şəkildə dəstəkləyirəm”.
Comment