0
Thursday 5 February 2015 - 21:03

Amerika İranın raketlərindən nigaran olmalıdır

Story Code : 437785
Amerika İranın raketlərindən nigaran olmalıdır
Amerika İranın raketlərindən nigaran olmalıdır
Son vaxtlar İranın raket və müdafiə imkanları barədə Amerikanın informasiyasında səslənən fikirlərə dair Silahlı Qüvvələrin baş komandanı müavini bildirib ki, Amerika başda olmaqla heç bir ölkəyə İranın hərbi-müdafiə potensiyasına dəxalət etməyə icazə verməyəcəyik.

General Seyyid Məsud Cəzayiri deyib ki, İranın raket sistemi və müdafiə bacarığı hansı səviyyədə olmağından asılı olmayaraq heç bir xarici mediyada müzakirə obyektinə çevrilə bilməz.
Cənab Cəzayiri Amerika həddini aşdığı surətdə İranın hansı raket imkanları ilə qarşılaşacağı sualına cavab olaraq deyib ki, bizim hərbi qüdrətimiz bütün İslam dünyasının müdafiəsi üzrə istiqamətlənib.
O, bunu da vurğulayıb ki, Amerikanın hegemonluq dövrü sovuşub və bəziləri bunu hələ anlamağa qadir deyil.
Source : Nur.az
Comment