0
Wednesday 6 May 2009 - 17:05

AVROPADA NÖVBƏTI ISLAMOFOBIYA

Story Code : 4405
AVROPADA NÖVBƏTI ISLAMOFOBIYA
İsveçrənin Federal Məhkəməsi müsəlmanları təhqir edən bir partiyanın hərəkətini pisləsə də onun əleyhinə heç bir qərar çıxarmayıb.

Belə ki, iqtidar yönümlu "Mərkəzi Demokratik Birliyi" partiyası 2007-ci ildəki seçkilər zamanı öz afişasında səcdədə olan müsəlmanların üzərində "Başınızı işlədin" şüarı yazıbmış. Afişa ictimaiyyətə açıqlanan kimi böyük səs-küyə səbəb olub. Bunun Danimarikadakı 2006-ci il karikatura hadisələrindən heç bir fərqi olmadığını iddia edən müsəlmanlar partiyanı Federal Məhkəməyə veriblər.

Öz növbəsində federal məhkəmənin hakimi Dominik Favre afişada vicdan azadlığını pozacaq heç bir şey olmadığını bildirib. "Afişanın mahiyyəti demokratik cəmiyyətlər üçün xoşagəlməz hal olsa da qanun pozuntusu hesab edilmir".

Afişa əleyhinə məhkəməyə şikayət verilməsini dəstəkləyən digər bir hakim Hans qərarın bəyənmədiyini deyib".
Comment